🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Meksika, Google-ı “Amerika Körfəzi”nə görə məhkəməyə verdi

13.05.2025 18:03 8 baxış sayı 2 dəq. oxuma
Meksika, Google-ı “Amerika Körfəzi”nə görə məhkəməyə verdi

Meksika hökuməti Google-ı beynəlxalq məhkəməyə verib. İddianın səbəbi şirkətin Meksika körfəzini ABŞ istifadəçiləri üçün xəritə xidmətlərində “Amerika Körfəzi” kimi göstərməsidir. Meksika prezidenti Klaudiya Şeynbaüm bu dəyişikliyin ölkənin suveren hüquqlarını pozduğunu bildirib.


“Meksikanın ərazisinə aid hissənin, eləcə də Kubanın ərazisinə aid hissənin adı dəyişdirilə bilməz” deyən Şeynbaüm, milli ərazi bütövlüyünün belə hərəkətlərlə pozulmasının qəbuledilməz olduğunu vurğulayıb. Meksika hökuməti əvvəllər Google-a rəsmi məktublar göndərərək ad dəyişikliyindən imtina etməyi xahiş etmişdi. Lakin şirkətin ictimai siyasət və hökumətlə əlaqələr üzrə vitse-prezidenti Kris Turner fevral ayında verdiyi cavabda bu qərarı dəyişməyəcəklərini bildirib. Bundan sonra Meksika rəsmi olaraq məhkəmə prosesini başlatdı.


Qeyd edək ki, məlumatlara görə, Google ad dəyişikliyini ABŞ prezidenti Donald Trumpun vəzifəyə gəldiyi andan etibarən verdiyi göstərişə əsasən həyata keçirib. ABŞ Nümayəndələr Palatasında ötən həftə qəbul edilmiş qanun layihəsi də Trump administrasiyasının bu təşəbbüsünü dəstəkləyib. Yeni qanun layihəsi “Amerika Körfəzi” adını rəsmiləşdirəcək. Google sözügedən adı xəritə xidmətlərində 10 fevral 2025-ci il tarixindən etibarən istifadəyə başlayıb. Apple qısa müddət sonra oxşar yeniləmə aparıb. Lakin MapQuest kimi bəzi xəritə təminatçıları bu dəyişikliyə müqavimət göstərməkdə davam edir.


Paylaş: