LG və Samsung Birgə Yeni Telefon Hazırlayır
Bir zamanlar çox sevilən brendlərdən olan və 2021-ci ildə smartfon şöbəsini bağlamaq qərarı verən LG, yenidən texnologiya dünyasına qayıdacaq. Şirkət bu dəfə Samsung ilə əməkdaşlıq edərək, "Galaxy ixi-O" adlı yeni bir cihaz hazırlayır.
LG öz smartfon istehsalından əl çəksə də, mobil sahəyə böyük investisiya yatırır. Digər smartfon istehsalçılarına ekran təmin edən və "LG Uplus" operatoru ilə Cənubi Koreya bazarında böyük paya sahib olan şirkət, süni intellektli zənglər üçün yeni "ixi-O" səsli assistenti ilə ortaya çıxıb. Yeni smartfon planları da məhz bununla əlaqədardır.
Cənubi Koreya mediasındakı məlumata görə, LG Uplus, xüsusi olaraq ixi-O üçün hazırlanmış yeni bir cihaz istəyir və istehsalı üçün Samsunga müraciət edə bilər. "Əsl süni intellektli telefon" adlandırılan bu cihaz Samsung tərəfindən istehsal olunacaq və Galaxy-nin süni intellekt funksiyaları ilə LG-nin öz smart zəng assistenti birləşdiriləcək. Hal-hazırda "Galaxy ixi-O" adı ilə tanınan cihazın rəsmi adı hələ yoxdur. Məlumatlara görə, LG-nin yeni modeli Samsung brendi altında satışa çıxarıla bilər.
Bu yeni model, LG-nin smartfon bazarına tam olaraq qayıtmasa da, bu sahədə fəaliyyətini davam etdirəcəyini göstərir. Bəs sizcə, LG-nin bazara qayıdışı necə olacaq?
Oxşar xəbərlər
Samsung-un Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri
Ən Yaxşı Şəkilləri Çəkən Samsung Modelləri
Texnologiya xəbərləri
Samsung-dan 6 il yenilənmə alacaq yeni telefon!
Texnologiya xəbərləri
Samsung One UI 7 Yenilənməsi: Testlər Başladı!
Texnologiya xəbərləri
Samsung-dan məşhur seriya üçün yeni güncəlləmə
Texnologiya xəbərləri
Samsung Galaxy S25 SE: İncə Dizayn, Məhdud Buraxıl...
Texnologiya xəbərləri