
iPhone 17 Pro: 12 GB RAM ilə gəlir!

2025-ci ilin payızında təqdim olunması gözlənilən iPhone 17 seriyasında Apple, ilk dəfə olaraq 12 GB RAM-dan istifadə edəcək. Lakin son məlumatlara görə, bu yüksək yaddaş tutumu yalnız iPhone 17 Pro modellərində olacaq.
Qabaqcıl çoxtapşırıqlı funksiyalar, oyun performansı və süni intellekt tətbiqləri baxımından əhəmiyyətli bir addım sayılan bu RAM yüksəltməsi əsasən Samsung tərəfindən həyata keçirilir. Cənubi Koreya mətbuatında yayılan məlumata görə, Samsung, Apple-ın sifariş etdiyi DRAM modullarının 70%-ni təmin edəcək. Şirkət uzun müddətdir ki, iPhone'lar üçün OLED ekranların əsas istehsalçısıdır. İndi isə iPhone 17 Pro-nun yaddaş istehsalında ən böyük hardware təchizatçısı rolunu da üzərinə götürəcək.
Qalan 30% yaddaş ehtiyacının isə SK hynix və Micron tərəfindən ödəniləcəyi bildirilir. SK hynix-in LG Innotek ilə, Micron-un isə Yaponiyanın Shinko Electric şirkəti ilə istehsal aparacağı deyilir. iPhone 17 seriyasının əsas modelləri olan iPhone 17 və iPhone 17 Air, 8 GB RAM ilə satışa çıxarılacaq. Lakin məşhur analitik Ming-Chi Kuo, Apple-ın DRAM təchizat zəncirində mümkün pozuntular səbəbindən yalnız əsas iPhone 17 modelinin 8 GB RAM-a sahib ola biləcəyini, Air modelinin isə 12 GB-a keçə biləcəyini irəli sürüb.
Etiketlər
Oxşar xəbərlər

Ən Yaxşı Ekrana Sahib iPhone Modelləri
Texnologiya xəbərləri

Özəllikləri ilə seçilən ən yaxşı selfi çəkən iPhon...
Texnologiya xəbərləri

Ən Yaxşı Ekrana Sahib iPhone Modelləri
Texnologiya xəbərləri

Ən Yaxşı Fotoqrafik Keyfiyyətə Malik iPhone Modell...
Texnologiya xəbərləri

iPhone 17 Air-in Qiyməti Nə Qədər Olacaq?
Texnologiya xəbərləri

2024-cü ilin ən çox satılan smartfonları
Texnologiya xəbərləri