🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

GTA 6-nın təxirə salınması oyun sənayesinə mənfi təsir edəcək

05.05.2025 22:42 5 baxış sayı 2 dəq. oxuma
GTA 6-nın təxirə salınması oyun sənayesinə mənfi təsir edəcək

Dünya oyun sənayesinin ən gözlənilən istehsalatlarından biri olan Grand Theft Auto VI rəsmi olaraq 26 may 2026-cı ilə təxirə salındı. Lakin, Rockstar Games şirkətinin keçən həftə verdiyi açıqlama yalnız oyunun hazırlayıcılarını deyil, bütün oyun sənayesini təsir edir. Təxirə salınma qərarından sonra Take-Two səhmlərindəki dəyər itkisi investorların qısamüddətli gəlir gözləntilərinin boşa çıxdığını göstərdi.


GTA 6-nın təxirə salınması oyun sənayesinə mənfi təsir göstərdi. Bu il GTA 6-nın çıxışı yeni nəsil konsollara keçiddə dönüş nöqtəsi olardı. Sənaye analitiki Mat Piscatella-nın fikrincə, GTA 6-nın buraxılışı birbaşa Xbox Series S/X və PlayStation 5 satışlarını artırar, həm oyun bazarında, həm də aparat tərəfində əhəmiyyətli canlanma yaradardı. Lakin, oyunun təxirə salınması ilə bu keçid dalğası da ən azı bir ilə təxirə salındı. Bu vəziyyət sənaye üzrə konsol və oyun satışlarına dair gözləntilərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb oldu.


Yeni nəsil konsolların bazardakı payı hələ də sənaye mütəxəssisləri üçün yetərli deyil. Xbox Series S/X və PS5-in gözlənilən satış sürətinə çata bilməməsi irimiqyaslı oyun layihələrinin planlaşdırılmasına da təsir edəcək. Oyunun yaradacağı gözlənti və media təsiri digər oyunların satış göstəricilərinə də müsbət təsir göstərərdi. Lakin, hazırkı vəziyyətdə ilin sonuna qədər buraxılacaq digər istehsallara qoyulan boşluq gözlənilən artımı yaratmaya bilər.


Paylaş: