
Global Bazar: OPPO Reno 14 5G Artıq Satışdadır!

Çində keçən ay təqdim olunan OPPO Reno 14 və Reno 14 Pro modellərindən sonra, şirkət artıq Reno 14-ün qlobal versiyasını bütün dünya üçün satışa çıxardı. Bəs, bu yeni smartfon nələr təklif edir?
OPPO Reno 14 5G Xüsusiyyətləri: 6.6 düymlük AMOLED ekranı (2760 x 1256 piksel, 120 Hz təzələmə tezliyi, 1200 nit parlaqlıq) Gorilla Glass 7i ilə qorunur. Ölçüləri 158 x 75 x 7.4 mm, çəkisi isə 187 qramdır. Su və toza qarşı IP68/IP69 müdafiəsi ilə təchiz olunub.
Kamera: Ön tərəfdə 4K 60fps video çəkə bilən 50 MP avtofokuslu kamera, arxa tərəfdə isə üçlü kamera sistemi yer alır: OIS ilə təchiz olunmuş 50 MP Sony LYT 600 əsas sensor, 8 MP ultrasenig bucaqlı linza və OIS və 3.5x optik zumlu 50 MP telefoto kamera.
Telefon MediaTek Dimensity 8350 prosessoru, LPDDR5X RAM və UFS 3.1 yaddaş texnologiyası ilə işləyir (dəqiq RAM və yaddaş variantları hələ açıqlanmayıb). 6000 mAh batareyası 80 Vt sürətli şarjı dəstəkləyir, lakin simsiz şarjı yoxdur. Android 15 əsaslı ColorOS 15 ilə işləyir və 4700 mm² buxar kamerası soyutma sistemi ilə təchiz olunub.
Digər xüsusiyyətlər arasında ikili dinamiklər, dual SIM + eSIM dəstəyi, Wi-Fi 6, Bluetooth 5.4, NFC və ekranaltı barmaq izi sensoru yer alır. Qiyməti və dəqiq RAM/yaddaş konfiqurasiyaları hələ açıqlanmayıb.
Etiketlər
Oxşar xəbərlər

OPPO Reno 13 Artıq Qlobal Bazarda!
Texnologiya xəbərləri

OPPO Reno 13A: 120Hz AMOLED ekranlı yeni smartfon...
Texnologiya xəbərləri

OPPO Reno 13 Seriyası Hansı Prosessorla İşləyəcək?
Texnologiya xəbərləri

OPPO Reno 13 Qlobal Bazara Gəlir!
Texnologiya xəbərləri

OPPO Reno 13 Pro: Qlobal satışa hazırlaşır
Texnologiya xəbərləri

OPPO Reno 13 Pro: Dünyaya Gəldi!
Texnologiya xəbərləri