
Facebook Videoları Artıq Yalnızca Reels Formatında Olacaq!

Meta şirkəti Facebook-da video paylaşım sistemində köklü dəyişikliklər edir. Şirkətin açıqlamasına görə, platforma yüklənən bütün videolar tezliklə yalnız Reels formatında əlçatan olacaq. İndiye qədər istifadəçilər videoları birbaşa paylaşım və ya Reels formatında paylaşa bilirdilər. Facebook video paylaşım formatını yeniləyib. Bu dəyişiklik çərçivəsində qısa və uzun videoların hamısı Reels çərçivəsinə daxil ediləcək. Canlı yayımlar isə mövcud funksiyalarını qoruyacaq.
Meta bu addımı istifadəçilərin Reels hazırlamağını, paylaşmasını və ona çıxışını asanlaşdırmaq üçün atıb. Yeni sistem həm fərdi istifadəçi profillərinə, həm də Facebook səhifələrinə tətbiq olunacaq və tədricən bütün dünyada qüvvəyə minəcək. Meta həmçinin Reels videolarındakı bəzi texniki məhdudiyyətləri tamamilə aradan qaldırmağa hazırlaşır. Hazırda 90 saniyə ilə məhdudlaşdırılan Reels müddəti bu dəyişikliklə aradan qaldırılacaq. Beləliklə, istifadəçilər yalnız qısa deyil, həm də daha uzun müddətli məzmunu Reels formatında paylaşa biləcəklər. Video bölməsinin adı da "Reels" olaraq dəyişdiriləcək. Bu yeniliklə Facebook-dakı bütün video məzmunu tək bir dam altında birləşdiriləcək.
Meta ötən il platforma tam ekranlı video pleyeri əlavə etmişdi. Şirkətin video strategiyasında atdığı bu addım Facebook-un bütün vizual məzmun strukturunu vahid bir format altında birləşdirərək istifadəçi təcrübəsini sadələşdirəcək. Bəs siz bu məsələ barədə nə düşünürsünüz? Gündəlik həyatda hansı sosial media platformalarından istifadə edirsiniz?
Oxşar xəbərlər

Zukerberqin sərvəti açıqlandı
Son Xeberler

Facebook və Instagram Minlərlə İstifadəçinin Əlçat...
Texnologiya xəbərləri

SMM Specialist & Content Creator
Edumap.az Təhsil Portalı

NotebookLM Artıq Cibinizdə!
Texnologiya xəbərləri

Facebook Linux-a qadağa qoydu?
Texnologiya xəbərləri
Sosial media alqoritma problemi
OrdanBurdan