🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Facebook Şəxsi Şəkillərinizə Baxış İstəyə Bilər!

30.06.2025 07:03 10 baxış sayı 3 dəq. oxuma
Facebook Şəxsi Şəkillərinizə Baxış İstəyə Bilər!

Meta şirkətinin tərkib hissəsi olan Facebook, istifadəçilərin telefon qalereyalarındakı şəxsi fotoşəkilləri emal etmək üçün yeni bir sistem üzərində işləyir. "Bulud emalı" adlanan bu xüsusiyyət ilə fotoşəkillər istifadəçinin icazəsi ilə müntəzəm aralıqlarla Metanın serverlərinə yüklənir və süni intellekt tərəfindən təhlil olunur. Bu sistem, istifadəçi yeni Hekayə yaratmaq istədikdə fəaliyyətə başlayır. Ekranda görünən bildirişdə "bulud emalı" seçimini aktivləşdirib, məzmun təklifləri almaq istəyib-istəmədiyiniz soruşulur. Razılıq verildikdə, Facebook qalereyada olan şəkilləri serverlərə yükləyir və süni intellektin köməyi ilə məzmunun təhlilini başlayır.


Bildirişdə vurğulanır ki, bu məlumat yalnız istifadəçiyə xas təkliflər üçün istifadə olunur və reklam hədəflənməsində istifadə edilmir. Lakin, "İcazə ver" seçimini kliklədikdə istifadəçi eyni zamanda Metanın Süni İntellekt Xidmət Şərtlərini də qəbul edir. Bu şərtlərə görə, yüklənən fotoşəkillərdəki üz xüsusiyyətləri, tarix məlumatı və obyekt təsvirləri Metanın süni intellekt modelləri tərəfindən emal oluna bilər. Şəkillər məzmunun xülasəsi, yenidən düzülməsi və ya yeni şəkillərin yaradılması kimi proseslərə məruz qala bilər. Həmçinin, lazım gəldikdə istifadəçi ilə süni intellekt arasındakı qarşılıqlı əlaqələrin insanlar tərəfindən nəzərdən keçirilə biləcəyi bildirilir.


Bu tətbiq, texnologiya nəhənglərinin süni intellekt inkişaf proseslərində şəxsi media məzmunundan istifadə etməsi ilə bağlı yaranabilecek etik məsələləri bir daha gündəmə gətirib. Xüsusilə də, istifadəçilərin platforma yükləmədiyi şəxsi fotoşəkillərə giriş, məxfilik sərhədlərinin nə dərəcədə qorunduğu ilə bağlı suallar doğurur. Meta bu məzmunun yalnız təkliflər vermək üçün istifadə olunduğunu və süni intellekt modellərinin təlimində istifadə olunmadığını bildirir. Ancaq şirkətin süni intellekt xidmət şərtləri bu məsələdə aydın bir hədd müəyyən etmir.


Paylaş: