Dropbox şirkəti işçilərinin 20%-ni ixtisar edir: 500-dən çox əməkdaş işsiz qalır Ixtisar
Tanınmış bulud saxlama şirkəti Dropbox ciddi dəyişikliklərə gedir.
Şirkətin baş direktoru Drü Houston bu gün 528 nəfərin işdən çıxarılacağını açıqlayıb. Bu, şirkətin ümumi işçi sayının təxminən 20%-ni təşkil edir.
Houstonun əməkdaşlara ünvanladığı məktubda bildirilir ki, şirkət daha səmərəli və çevik struktura keçid dövrünü yaşayır.
Baş direktor qərarın məsuliyyətini öz üzərinə götürərək, təsirə məruz qalan əməkdaşlardan üzr istəyib.
İxtisar edilən işçilərə təzminat, səhm paketi və tibbi sığorta dəstəyi təklif olunacaq. Şirkət bu prosesə 63-68 milyon dollar xərcləməyi planlaşdırır.
Ödənişlərin əksər hissəsi 2024-cü ilin dördüncü rübündə həyata keçiriləcək.
Son rüblər Dropbox üçün o qədər də uğurlu olmayıb.
Şirkət Google Drive və Box kimi rəqiblərinə bazar payını itirməkdə davam edir.
2024-cü ilin ikinci rübündə şirkətin gəlir artımı cəmi 1.9% təşkil edib və 634.5 milyon dollar olub.
18 milyon istifadəçisi olan şirkət son rübdə yalnız 63 min yeni istifadəçi cəlb edə bilib.
Houston qeyd edib ki, şirkət süni intellekt texnologiyalarına sərmayə qoymağa davam edəcək və yaxın günlərdə 2025-ci il üçün yeni strategiyasını açıqlayacaq.
Etiketlər
Oxşar xəbərlər
Dropbox was also affected by the economic crisis!...
Texnologiya xəbərləri
Ədliyyə Nazirliyinin İşçilərinin Maaşları Artırıld...
Bugun.az
İşləmədiyinə görə, kimlərə pul verilir?
Xəbər Anı
İşsizlərə veriləcək pulla bağlı
Son Xeberler
Azərbaycanda aylıq maaşı 9500 manat olan iş yeri b...
Son Xeberler
ARB 24-ün 4 əməkdaşı koronavirusa yoluxub
Son Xeberler