
Chrome-da Yeni SMS Təsdiq Kodu Xüsusiyyəti!

Google, Android telefonlarda istifadə olunan Chrome brauzerinə əhəmiyyətli bir yenilik gətirir! Artıq istifadəçilər SMS vasitəsilə gələn təsdiq kodlarını (OTP) əl ilə daxil etməyəcəklər. Chrome bu kodları avtomatik olaraq aşkarlayıb, müvafiq yerə yerləşdirəcək.
Əvvəllər Android tətbiqləri SMS-lə gələn kodları avtomatik doldurma imkanına malik idi, lakin bu xüsusiyyət Chrome vasitəsilə daxil olunan veb saytlarda işləmirdi. Yeni sistem sayəsində istifadəçilər veb saytda iki addım təsdiqləmə prosesi ilə qarşılaşdıqda, SMS-lə gələn kodlar birbaşa brauzer tərəfindən emal olunacaq və avtomatik olaraq daxil ediləcək.
Bu, istifadəçilərin SMS tətbiqinə keçib kodu kopyalayıp yapışdırması və ya yadda saxlamağa çalışmasının qarşısını alacaq və mobil brauzerdə vaxt səmərəliliyini artıracaq. Xüsusilə təhlükəsizlik üçün tez-tez istifadə olunan iki addımlı təsdiqləmə proseslərini xeyli sürətləndirəcək bu yenilik, istifadəçilər üçün əlverişli olacaq.
Qeyd edək ki, SMS vasitəsilə təsdiqləmə digər həllərə nisbətən daha az təhlükəsiz sayılsa da, geniş istifadəçi bazası səbəbindən hələ də geniş yayılmışdır. Avtomatik doldurma xüsusiyyəti hələ bütün istifadəçilər üçün aktiv deyil. Google bu funksiyanı Chrome-un Android versiyasına tədricən inteqrasiya edir və yaxın həftələr ərzində daha geniş istifadəyə veriləcəyini açıqlayıb.
Oxşar xəbərlər

Google Telefonlara Giriş üçün Üz Tanıma Tələb Edəc...
Texnologiya xəbərləri

Google Chrome-da Android üçün Tapşırıq İdarəçisi G...
Son Xeberler

Köhnə Android Cihazlar üçün Google Chrome Yenilənm...
Son Xeberler

Microsoft və Google arasında Browser Müharibəsi
Texnologiya xəbərləri

Google Chrome üçün Yaddaş Yeyən Sekmeleri Qarşı Ye...
Texnologiya xəbərləri

Google Chrome Süni Zəka ilə Saxtakarlığa Son Qoyur...
Texnologiya xəbərləri