🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bayın Qayıdışı: Yeni "Transformerlər" Filmləri Gəlir!

28.06.2025 20:03 6 baxış sayı 2 dəq. oxuma
Bayın Qayıdışı: Yeni "Transformerlər" Filmləri Gəlir!

Uzun fasilədən sonra "Transformerlər" kainatı yenidən hərəkətə keçir! Paramount Pictures hazırda üç ayrı "Transformerlər" layihəsi üzərində çalışır. Bu layihələrdən biri də seriyasının ən məşhur dövrünə imza atan rejissor Maykl Beyə məxsusdur. 2017-ci ildə seriyadan ayrıldığını elan edən Bey, yeni bir "Transformerlər" filmi üçün yenidən kameranın arxasına keçməyə hazırlaşır.


Bildirilir ki, Bey ötən il bu layihə ilə Paramount-a qayıdıb və studiya da təklifi müsbət qarşılayıb. Hazırda ssenari mərhələsində olan filmin senarisi Jordan VanDina tərəfindən yazılıb. VanDina əvvəllər "Kokain Ayı" filmi ilə diqqət çəkmişdi. Hələ detalları paylaşılmayan bu yeni filmin Beyin klassik aksiya üslubunu qoruyacağı, eyni zamanda seriya üçün yeni bir istiqamət gətirəcəyi gözlənilir.


Digər tərəfdən, Paramount yalnız bu layihə ilə məhdudlaşmır. Studiya ötən il elan olunan "Transformerlər" və "G.I. Joe" seriyalarını birləşdirəcək krossover film üzərində də işləməkdə davam edir. Bu layihənin nə zaman həyata keçəcəyi və kimin rejissor kreslosuna əyləşəcəyi hələ dəqiqləşməyib.


Bu iki layihədən əlavə, "Transformerlər: Bir" animasiya filminin rejissoru Josh Cooley-in də yeni bir canlı-aksiya "Transformerlər" filmi üzərində çalışdığı təsdiqlənib. Cooley bu dəfə animasiyadan fərqli bir yol seçərək filmin versiyasına öz töhfəsini verməyi hədəfləyir. Layihə hazırda inkişaf mərhələsindədir.


Paramount-un üç ayrı "Transformerlər" layihəsini eyni zamanda həyata keçirməsi gözlənilmir. Bildirilir ki, studiya hər layihəni paralel şəkildə inkişaf etdirəcək və ən çox potensiala malik olanı seçdikdən sonra istehsal mərhələsinə keçəcək.


Paylaş: