
ALTAY Tankının Kütləvi İstehsalı Başladı

Türkiyə müdafiə sənayesinin ən önəmli layihələrindən biri olan ALTAY tankının kütləvi istehsal müəssisəsi ilk dəfə olaraq fotolarda əks olundu. Ankara'da ötən il təməli qoyulan BMC zavodunda kütləvi istehsal sürətləndi.
Rəsmi açılış mərasimi hələ keçirilməsə də, ilk təhvilatların tezliklə baş tutacağı gözlənilir. BMC tərəfindən Ankara Hava və Kosmik Sənaye Xüsusi Təşkilatlanmış Sənaye Bölgəsində (HAB) yaradılan müasir istehsal bazasında yerli istehsal olunan sənaye robotları və son nəsil texnologiyalarından istifadə olunur. Gövdə istehsalından son montaj xəttinədək bütün proseslərdə intensiv işlər aparılır.
BMC sədri Fuat Tosyalı, zavodun kütləvi istehsalına başladığını təsdiqləyərək açılış mərasiminin yüksək səviyyəli rəsmilərin cədvəlinə uyğun olaraq planlaşdırıldığını bildirdi. ALTAY tankını işlədəcək yerli istehsal olan BATU güc qurğusunun inkişafı davam edir. BATU yol və performans sınaqlarından keçməlidir. Buna görə də ilk 40 ALTAY tankında Koreya istehsalı Doosan DV27K güc qurğusu istifadə olunacaq.
Keçən il elan olunan istehsal cədvəlinə əsasən 2025-ci ildə 3, 2026-cı ildə 11, 2027-ci ildə 41 və daha sonra 30 olmaqla ümumilikdə T1 versiyasından 85 ədəd istehsal olunacaq. 2028-ci ildən sonra T2 konfiqurasiyasına keçiləcək və bu versiyadan 165 ədəd ALTAY tankı istehsal edilərək Türkiyə Silahlı Qüvvələrinə ümumilikdə 250 tank təhvil veriləcək.
Oxşar xəbərlər

Apple M5 Çipinin İstehsalı Başladı!
Texnologiya xəbərləri

Samsung 2nm istehsalına tam sürətlə irəliləyir!
Texnologiya xəbərləri

Lənkəranda baş verən kütləvi davada
melumat.tv

Azərbaycanda avtomobil istehsalı azalıb
Son Xeberler

Samsung 2 Nanometrlik Exynos 2600 Prosessorunu Haz...
Texnologiya xəbərləri

Sepah elan etdi: İran raket hücumuna başladı
Bugun.az