
Alexa+ istifadəçilərinin sayı 100.000-i keçdi!

Fevral ayında təqdim olunan Amazonun süni intellektli rəqəmsal assistenti Alexa+, dünyada 100 min istifadəçi həddinə çatıb. Şirkət rəhbəri Andy Jassy tərəfindən açıqlanan bu rəqəm, hazırda istifadədə olan 600 milyon klassik Alexa cihazını nəzərə alsaq, az görünə bilər; lakin Amazonun tədricən populyarlaşdırma strategiyasının bir hissəsi kimi dəyərləndirilir.
Əvvəlki nəsil Alexadan fərqli olaraq, Alexa+ məhsuldar süni intellekt infrastrukturuna malikdir. Əvvəlki kimi öncədən müəyyən edilmiş komandalardan istifadə etmək əvəzinə, istifadəçi ilə tamamilə təbii dialoqlar qurur və kontekstdən asılı cavablar verə bilir. Bu yeni quruluş sayəsində assistent, ChatGPT və ya Google Gemini kimi istifadəçilərlə daha interaktiv təcrübə təqdim edir.
Lakin Alexa+ hələ ki, vəd edilən bütün xüsusiyyətləri təqdim edə bilməyib. Təqdimat mərhələsində üçüncü tərəf tətbiqlərinin istifadəsi, uşaqlara xüsusi nağılların danışılması və fərdi hədiyyə təklifləri kimi bir çox funksiyalar nümayiş etdirilsə də; cari versiyada bu xüsusiyyətlər hələ də dəstəklənmir. Xüsusilə GrubHub kimi xidmətlərlə inteqrasiyanın olmaması istifadəçilərin erkən rəylərində tez-tez qeyd olunan bir çatışmazlıq kimi görsənir.
Bundan əlavə, Alexa+ süni intellekt infrastrukturunu təşkil edən Nova Act sisteminin çoxpilləli tapşırıqlar üçün hazırki dəqiqlik dərəcəsi yalnız 30-60 faizdir. Amazon bu dəqiqlik dərəcəsini 90 faizə çatdırmağı planlaşdırır. Bəs siz bu Alexa+ haqqında nə düşünürsünüz?
Oxşar xəbərlər

Qəzzada ölənlərin sayı 50 mini keçdi
Bugun.az

WhatsApp 3 milyard aylıq aktiv istifadəçi həddini...
Texnologiya xəbərləri

61 İlllik Rejimin Sürüşü və Hizbullahın Çıxışı
Son Xeberler

Azərbaycanda bu gün koronavirusa yoluxan şagirdlər...
Son Xeberler

Spotify İlk Dəfə İllik Mənfəət Elədi!
Texnologiya xəbərləri

Qubadlı rayonunun təhsil statistikası
Son Xeberler