🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Akıllı Telefonlar Dəb Dən Gedəcəkmi?

20.09.2025 13:03 1 baxış sayı 2 dəq. oxuma
Akıllı Telefonlar Dəb Dən Gedəcəkmi?

Meta şirkətinin baş direktoru Mark Zukerberqin fikrincə, gələcəkdə ağıllı eynəklər smartfonların yerini tuta bilər. Meta-nın Connect 2025 tədbirində çıxış edən Zukerberq bildirdi ki, smartfonlar insanların birbaşa ünsiyyət və varlıq hissiyatını azaldıb. Əksinə, ağıllı eynəklərin bu itkini bərpa etmə potensialına malik olduğunu söylədi.


Bu vizyona uyğun olaraq, Meta Ray-Ban Display ağıllı eynəklərini satışa çıxardıb. Bu məhsul əvvəlki Meta Ray-Ban eynəklərindən fərqli olaraq istifadəçiyə yeni bir təcrübə təqdim edir. Eynəklər kamera, dinamik, mikrofon və quraşdırılmış süni intellekt köməkçisi ilə təchiz edilib. Ekran istifadəçinin görmə sahəsini maneə törətmədən, xaricdən görünməz şəkildə hazırlanıb.


İnstagram, WhatsApp və Facebook kimi tətbiqlər, həmçinin xəritələr və canlı tərcümə kimi funksiyalar eynəklər vasitəsilə istifadə edilə bilər. Ray-Ban Display-i digərlərindən fərqləndirən əsas yeniliklərdən biri də Meta Neural Banddır. Bu bilərzik əl hərəkətləri vasitəsilə beyin tərəfindən göndərilən siqnalları aşkar etmək üçün səth elektromioqrafiyası (sEMG) texnologiyasından istifadə edir. Reality Labs-ın araşdırmalarına görə, istifadəçilər sanki qələm tutar kimi barmaqlarını hərəkət etdirərək eynəklər vasitəsilə mesaj yaza bilərlər.


Bu texnologiya tədbirdə səhnədə uğurla nümayiş etdirildi və Zukerberq dəqiqədə 30 söz sürətilə yazı yazdı. Bu sürət iPhone-da orta 36 söz sürətinə olduqca yaxındır. Bəs sizcə necə? Fikirlərinizi bizimlə bölüşün.


Paylaş: