
2025-ci ilin Ən Dəyərli Brendləri Açıqlandı!

Kantar BrandZ tərəfindən 2025-ci ilin dünyanın ən dəyərli 100 brendi açıqlanıb. Ümumi dəyər 10.7 trilyon dollar təşkil edir ki, bu da ötən illə müqayisədə 29% artım deməkdir. ABŞ şirkətləri yenə də qlobal liderliyini qoruyub saxlayaraq siyahının 82%-ni təşkil edir.
Apple dörd ildir olduğu kimi, yenə də siyahının başında qərarlaşıb. 1.3 trilyon dollar dəyəri ilə ən dəyərli brend titulunu qoruyan şirkət, illik əsasda 28% artım göstərib. Google ($944 milyard, 25% artım) və Microsoft ($884 milyard, 24% artım) isə ikinci və üçüncü yerləri tutub.
Dördüncü yerdə olan Amazon isə 50% artımla 866 milyard dollar dəyərinə çatıb. Siyahıda ən diqqətçəkən yüksəlişi isə Nvidia nümayiş etdirib. 509 milyard dollar dəyəri ilə beşinci yerə yüksələn şirkət, ötən illə müqayisədə 152% artımla rekord qırıb. Süni intellekt sahəsində liderliyi və qlobal investor marağı Nvidia-nın müvəffəqiyyətində əsas rol oynayıb.
Altıncı yerdəki Facebook (Meta) 80% artımla 300 milyard dollar həddini keçib. Eyni şirkətə məxsus olan Instagram isə 101% artımla 228 milyard dollara çatıb.
Etiketlər
Oxşar xəbərlər

Ardıcıl 6 gün iş OLMAYACAQ
Xəbər Anı

Dünyanın Ən Dəyərli Şirkətləri Açıqlandı
Texnologiya xəbərləri

2025-ci ilin Yanvarında Netflix-də Nələr Gözlənili...
Texnologiya xəbərləri

Aİ-92 benzinlə bağlı yeni rəqəmlər açıqlandı
Bugun.az

Dolların məzənnəsi ilə bağlı proqnoz açıqlandı
Bugun.az

Fevralda Xbox Game Pass-a əlavə olunacaq oyunlar a...
Texnologiya xəbərləri