BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilib.
Vahid geyim qaydaları üzrə monitorinqlər davam etdiriləcək
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov vahid geyim qaydaları ilə bağlı monitorinqlərin davam etdiriləcəyini bildirib. O, valideynlərə müraciət edərək qeyd edib ki, böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, bunun nəticəsini uşaqlar daşıyır.
Vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsi
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda bu qaydalar yalnız dövlət məktəblərinə aiddir.