YÖK sədri Özbəkistanda Türk universitetləri təcrübəsini paylaşmağa hazırdır
Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar Özbəkistanın Səmərqənd şəhərində keçirilən Qlobal İstedad Forumunda iştirak edib. Forum "Dəyişən dünyada insan kapitalının formalaşdırılması" mövzusuna həsr olunub və El-Yurt Umidi Fondu tərəfindən təşkil edilib. Tədbirdə Türk universitetlərinin təcrübəsinin bölüşülməsi məsələləri müzakirə olunub.
Almaniyada müəllimlər və şagirdlər kütləvi aksiya keçirəcək
Almaniyanın Federal Məktəblilər Konfransı noyabrın 20-də Berlində təhsil, əmək bazarı və pensiya sistemi ilə bağlı problemlərə diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirəcək. Bu barədə təşkilatın baş katibi Emi Kirxhof NTV telekanalına müsahibəsində məlumat verib.
Professor Adilə Abbasova vəfat edib
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova dünyasını dəyişib. Bu barədə BDU-dan məlumat verilib. Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub.
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
Berlində fəallar Alisa Salomon adına Tətbiqi Elmlər Universitetinin girişini mebel və digər əşyalarla bağlayıblar. Bu barədə DPA agentliyi ali məktəbin nümayəndəsinə istinadən məlumat yayıb. Bu, iki gün ərzində bloklanan ən azı üçüncü təhsil müəssisəsidir.