Təhsil İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

BMT: Dünyada 133 milyon qız məktəb təhsilindən məhrumdur

Dünyada 133 milyon qız məktəbə getmək imkanından məhrumdur. Bu barədə "BMT-Qadınlar" qurumunun icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarına videomüraciətində deyib. O, qızların təhsilə çıxışının təmin olunmasının qlobal əhəmiyyətini vurğulayıb.


Ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartların hazırlanması işləri davam edir. Bu barədə Elm və Təhsil İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, yeni standartların hazırlanması ilin sonuna qədər tamamlanacaq.


Heydər Əliyev Fondunun fəaliyyətində inklüziv təhsil xüsusi yer tutur

Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib. O, bildirib ki, qızların təhsilə çıxışının təmin olunması ilə yanaşı, onların aldıqları bilikləri əmək bazarında və sahədə tətbiq etmələri də vacibdir. Ramazanova qeyd edib ki, Fondun fəaliyyətində inklüziv təhsil xüsusi yer tutur.


DİM: Buraxılış və qəbul imtahanlarının elektron keçirilməsi hələlik nəzərdə tutulmur

Buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yaxın gələcəkdə elektron formada keçirilməsi hələlik nəzərdə tutulmur. Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, imtahanların elektronlaşdırılması məsələsi hazırda gündəlikdə dayanmır.


Şagirdlərin elektron yerdəyişməsi noyabrda başlayır

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi prosesi noyabr ayında başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdləri üçün yerdəyişmə 4 noyabr 2026-cı il saat 15:00-dan etibarən aparılacaq.