Nazirlik: İranda Azərbaycan dilində təhsil verən məktəb yoxdur
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İranda Azərbaycan dilində təhsil məsələsinə dair açıqlama yayıb. Nazirlik bildirib ki, İranın apardığı siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan heç bir məktəb yoxdur. Qurumun açıqlamasında azərbaycanlıların öz ana dilində təhsil almaq hüququndan məhrum edildiyi vurğulanıb.
Suriya təhsil proqramında dəyişiklik: "Osmanlı işğalı" ifadəsi dərsliklərdən çıxarıldı
Suriyada 13 illik vətəndaş müharibəsinin ardından 27 noyabr 2024-cü ildə başlayan proses və 61 illik Bəəs rejiminin devrilməsi ilə ölkədə başladılan yenidənqurma addımları təhsil sahəsinə də təsir edib. Yeni Suriya rəhbərliyi təhsil proqramında köklü dəyişikliklər aparıb. Dəyişikliklər çərçivəsində dərsliklərdəki "Osmanlı işğalı" ifadəsi proqramdan çıxarılıb.
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilir
Dövlət İmtahan Mərkəzi bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirir. İmtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə təşkil olunub. Sertifikat almaq istəyən namizədlər üçün imtahanın keçirilməsi peşəkar kadr hazırlığı sahəsində növbəti addım kimi qiymətləndirilir.