Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub
Bakıda Mədəniyyət və Sənətkarlıq üzrə Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi açılıb. Mərkəz "SkillBridge - İnklüziv məşğulluq üçün İnklüziv təhsil" layihəsi çərçivəsində yaradılıb. Layihə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilir.
İspaniyada tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılır
İspaniya hökuməti ali məktəb yataqxanalarında ilk mərhələdə 2 min yeni yerin yaradılması üçün 45 milyon avroluq tədbirlər paketini təsdiqləyəcək. Bu barədə Baş nazir Pedro Sançes sosial şəbəkələrdə yazıb. Sançes bildirib ki, universitet yataqxanaları ilə bağlı müvafiq addımlar sabahdan qüvvəyə minəcək.
Bakıda tıxacla bağlı dərs saatlarının dəyişdirilməsi təklif olunur
Bakıda nəqliyyat sıxlığının azaldılması üçün orta ümumtəhsil məktəblərində dərslərin başlama saatının dəyişdirilməsi təklif olunur. Təklifin tıxac probleminin həllinə nə dərəcədə təsir göstərə biləcəyi, şagirdlərin dərs rejiminə və valideynlərin iş qrafikinə təsiri ilə bağlı müzakirələr aparılır.
Çadda türk akademikçinin süni intellekt təlimi başlayıb
Çadın Kral Faysal Universitetində türk akademikçi dosent Mustafa Lalənin apardığı süni intellekt təlimi başlayıb. Üç gün davam edəcək təlim proqramının açılışında universitetin rektoru professor Məhəmməd Buhari Həsən və Çaddakı Türk Maarif Məktəblərinin nümayəndələri iştirak edib.