Təhsil İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Bakıda İnklüziv Təlim və Tədris Mərkəzi açılıb

Bakıda Mədəniyyət və Sənətkarlıq üzrə Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi açılıb. Mərkəz "SkillBridge - İnklüziv məşğulluq üçün İnklüziv təhsil" layihəsi çərçivəsində yaradılıb. Layihə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

İspaniya hökumətindən tələbə yataqxanaları üçün 45 milyon avro

İspaniya hökuməti ali məktəb yataqxanalarında ilk mərhələdə 2 min yeni yerin yaradılması üçün 45 milyon avroluq tədbirlər paketini təsdiqləyəcək. Bu barədə Baş nazir Pedro Sançes sosial şəbəkələrdə yazıb. Sançes qeyd edib ki, tələbələrin mənzil şəraitinin yaxşılaşdırılması prioritet məsələdir.

Çadda türk akademikçinin süni intellekt təlimi başlayıb

Çadın Kral Faysal Universitetində türk akademikçi dosent Mustafa Lalənin apardığı süni intellekt təlimi başlayıb. Üç gün davam edəcək təlim proqramının açılışında universitetin rektoru professor Məhəmməd Buhari Həsən və Çaddakı Türk Maarif Məktəblərinin nümayəndələri iştirak ediblər.