Azərbaycan komandası "WorldSkills Shanghai 2026" yarışında "Medal of Excellence" qazanıb
Çin Xalq Respublikasının Şanxay şəhərində 22-27 sentyabr tarixlərində keçirilən "WorldSkills Shanghai 2026" - 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycan komandası kibertəhlükəsizlik istiqaməti üzrə "Medal of Excellence" mükafatına layiq görülüb.
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müvafiq prosedurlar həyata keçirilib.
Ağdamda mina təhlükəsinə dair maarifləndirmə təlimləri davam edir
Ağdam rayonunda məktəblilər üçün mina və partlayıcı sursatların təhlükəsinə dair növbəti maarifləndirmə təlimləri keçirilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi qrant layihəsi çərçivəsində təşkil olunub.
Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub
Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim olunub. Nazirin təqdimat mərasimində muxtar respublikanın Baş naziri Cabbar Musayev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin müvafiq nümayəndələri iştirak ediblər.
Bişkekdə TİKA tərəfindən Texnoloji Sahibkarlıq Mərkəzi və Rəqəmsal Kitabxana açılıb
Qırğızıstanın paytaxtı Bişkekdə Texnoloji Sahibkarlıq Mərkəzi və Rəqəmsal Kitabxana Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Erenin iştirakı ilə təntənəli şəkildə açılıb. Tədbir TİKA-nın Bişkek Proqram Koordinasiyalığı tərəfindən təşkil olunub.