Milli Kitabxanada Anım Günü ilə bağlı virtual sərgi açılıb
Milli Kitabxanada "27 sentyabr – Azərbaycan Respublikasının Anım Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Sərgilərdə qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi zəfərdən bəhs edən materiallar nümayiş etdirilir.
Azərbaycan "WorldSkills Shanghai 2026" yarışında "Medal of Excellence" qazanıb
Çin Xalq Respublikasının Şanxay şəhərində 22-27 sentyabr tarixlərində keçirilən "WorldSkills Shanghai 2026" - 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycan komandası kibertəhlükəsizlik istiqaməti üzrə "Medal of Excellence" mükafatına layiq görülüb. Bu nəticə ölkəmizin peşə təhsili və bacarıqlar sahəsində beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Milli Observatoriyanın "SosialLab" müsabiqəsinin ilk görüşü keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yeni "SosialLab" elmi-analitik müsabiqəsinin ilk mərhələsi üzrə görüş baş tutub. Görüşdə ali təhsil və digər aidiyyəti məsələlər müzakirə olunub.