Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Prezidentin rəsmi internet saytında dərc edilib.
Fərmana əsasən, dövlət məktəblərində maliyyələşdirmə mexanizmi şagird sayına uyğun qurulacaq.
İtaliya məktəblərində burqa və niqab qadağan edilir
İtaliya hökuməti məktəblərdə burqa və niqabın istifadəsini qadağan edən qanun qüvvəli dekret qəbul edib. Sənədlə yanaşı, italyan dilini zəif bilən şagirdlərin bir sinifdə sayına da məhdudiyyət qoyulur.
Bu barədə baş nazir Corca Meloni sosial şəbəkələrdə məlumat verib.
Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
Milli Aviasiya Akademiyasında (MAA) ABŞ-nin aviasiya təhsili sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrindən biri olan Spartan Aeronavtika və Texnologiya Məktəbinin fəaliyyətə başlamasına həsr olunan açılış mərasimi keçirilib.
MAA-dan bildirilib ki, bu, regionda ilk dəfə həyata keçirilən layihədir.
Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini NDU-da davam etdirəcəklər
Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər. Bu barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Naxçıvan Müəllimlər İnstitutunun NDU-ya birləşdirilməsi ilə bağlı hökumət qərar qəbul edib. Hazırda Elm və Təhsil Nazirliyində müvafiq prosedurların icrası üçün xüsusi komissiya formalaşdırılıb.
Zincirlikuyu İSOV Peşə və Texniki Anadolu Liseyi: 142 illik tarixi miras
İstanbulun ən sıx nöqtələrindən biri olan Zincirlikuyuda təxminən 40 hektar ərazidə yerləşən Zincirlikuyu İSOV Peşə və Texniki Anadolu Liseyi 142 illik tarixi mirasa sahibdir. Sultan Əbdüləzizin oğlu Yusif İzzətdin Əfəndi üçün 1884-cü ildə tikdirilmiş 3 tarixi köşkün yerləşdiyi kampusda fəaliyyət göstərir.