Qəbul imtahanı üçün qeydiyyat müddəti sona çatır
Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, qəbul imtahanının birinci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti başa çatır. 28 aprel saat 10:30-a olan statistikaya görə ümumilikdə 89571 abituriyent qeydiyyatdan keçib.
Bakıda İspaniyanın IE Universiteti ilə Liderlik və İnnovasiya Mərkəzinin yaradılması barədə memorandum imzalanıb
İspaniyanın IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər rəsmilər imza atıb. Nazir Əmrullayev bildirib ki, bu layihə Azərbaycanda yeni təhsil potensialının formalaşmasına töhfə verəcək. IE Universitetinin prezidenti Santyaqo İnyiqes de Onsonyo isə Azərbaycanın gələcəyinə dair optimizm ifadə edərək, iki ölkəni innovasiyalara bağlılığın birləşdirdiyini vurğulayıb.
Dövlət məktəblərində tədris dilini dəyişmək istəyən şagirdlər üçün yeni müsahibə qaydaları təsdiqlənib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlər üçün yeni müsahibə qaydalarını təsdiqləyib. Gələn tədris ilindən etibarən tətbiq ediləcək qaydalara əsasən, II-IV siniflər üzrə müsahibə zamanı şagirdlərin tədris dilini bilmə səviyyəsi dörd əsas meyar ilə qiymətləndiriləcək. Qaydalara görə, 2-ci sinif şagirdi qeyri-bədii mətn, anket, dəvətnamə və təlimat yaza bilməlidir.
AzMİU-da "Dizayn Həftəsi"nə start verilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Dizayn Həftəsi" başlayıb. Aprelin 27-dən mayın 1-dək davam edəcək layihə çərçivəsində ustad dərsləri, panel müzakirələr, sərgilər, açıq qapı günləri, performanslar və yekun təqdimat tədbirləri keçiriləcək. Tədbir yaradıcılıq, innovasiya və WUF13 ruhunu bir araya gətirir.
Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması problemləri həll etməyəcək
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov son zamanlar məktəblərdə yaşanan xoşagəlməz hadisələrlə bağlı açıqlama verib. Bağırov bildirib ki, problemlər yalnız şagirdlərin çantalarında gətirilən əşyalarla məhdud deyil və çantaların yoxlanılması tədbirinin tək başına məktəblərdəki problemləri aradan qaldırmayacağını vurğulayıb.