Bu gün 50 minə yaxın şagird buraxılış imtahanı verir
Bu gün Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. İmtahanda 50 minə yaxın şagirdin iştirak etməsi gözlənilir. İmtahan Bakının Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonlarında, həmçinin Gəncə, Samux, Yevlax, Şəmkir, Ağdam və digər bölgələrdə təşkil olunub.
DİM Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı təşkil edir. İmtahan üçün 1 292 şagird qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində keçirilir və saat 11:00-da başlayıb. Saat 10:45-dən sonra imtahan binasına daxil olmaq mümkün deyil.
Lənkəranda peşə təhsilinə həsr olunmuş Təhsil Forumu keçirilib
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər" mövzusunda Təhsil Forumu təşkil edilib. Forumun təşkilatçısı Milli Məclisin Elm və Təhsil Komitəsi olub, tədbirə Elm və Təhsil Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti də dəstək verib. Forumda regionlarda peşə təhsilinin mövcud vəziyyəti, imkanları və gələcək perspektivləri müzakirə olunub.