
Zaur Kamalın verilişləri bağlanıb? - AÇIQLAMA

Xəzər TV-də yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi "5də5" verilişinin bağlandığı haqda sosial şəbəkələrdə məlumat yayılıb.
"azxeber.com" məsələni dəqiqləşdirmək üçün aparıcının özü ilə əlaqə saxlayıb. O deyilənləri təkzib edib:
"Hazırda məzuniyətdəyəm. Bu xəbərləri kimlər çıxarır bilmirəm. Amma ki, əsassızdır.
Zaur Kamal deyib ki, yeni mövsümdə aparıcısı olduğu hər iki veriliş yayıma davam edəcək:
"Yeni mövsümdə həm "5də5", həm də "Ay Zaur" verilişi yayımlanmağa davam edəcək. Verilişlərimizin hər birində yeniliklər olacaq. Format dəyişikliyi ola bilər, ancaq verilişlərim bağlanmayıb".
Qeyd edək ki, "5də5" və "Ay Zaur" verilişləri uzun illərdir ki, Xəzər Tv-də yayımlanır.
Etiketlər
Oxşar xəbərlər

Şəbnəm Tovuzlu internetdə yayılan görüntülərini si...
Son Xeberler

Zaur Kamala AĞIR İTKİ -
Şou Xəbər

Güneldən Zaur Kamala SƏRT CAVAB:
Şou Xəbər

Zaur yenidən ata olmağa hazırlaşır
Şou Xəbər

Yenicə ata olan Zaur Baxşəliyev ÖVLADININ şəklini...
Şou Xəbər

Zaur Bəxşəliyev qazimizə maşın hədiyyə etdi -
Son Xeberler