"Ofisiantlar işsizlikdən gileylənmir, sənətçilər pulsuzluqdan ağlayır"

16.06.2020 11:52 568 baxış sayı 1 dəq. oxuma
"Ofisiantlar işsizlikdən gileylənmir, sənətçilər pulsuzluqdan ağlayır"

Türkiyəli şoumen Okan Bayülgen pandemiya ərəfəsində işin olmamasından gileylənən sənət adamlarını tənqid edib.

O, "Dolana bilmirik" deyən aktyor və müğənniləri yalan danışmaqda ittiham edib.

Bayülgen "Ətrafa baxıram ki, çox ağlayan var. Dayanmadan ağlayırlar... Əsəblərim korlandı. Niyə ağlayırsınız? Sən sənətçisən, məkanda çalışan ofisiant, kuryerlər, nə qədər işsiz qalanlar var, onlar ağlamırlar. Amma teatr işçiləri, aktyorlar ağlayırlar: pul yoxdur. Xalqın gözündə çirkin görünürsünüz" deyə, bildirib.

R
Mode və dizayn müxbiri

Mode, dizayn və yaradıcı sənayenin inkişafı haqqında yazıram. Fashion həftələri və yerli dizaynerlərin işlərini izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: