Emin boşanma səbəbini açıqladı-PEŞMAN DEYİLƏM
"Səhər ətir vuranda iyi hiss etmədim. Sonra dadbilməni itirdim. Analiz verdim və koronavirus çıxdı. Evdə tək oturdum. Hamı başqa yerə getdi. Tək qaldım və dərmanlar qəbul etdim. İndi hər şey yaxşıdır".
Bu sözləri Xalq artisti Emin Ağalarov "Алёна, Блин" proqramında qonaq olarkən deyib. Müğənni koronavirus infeksiyasına yoluxmasından danışıb. hazırda səhhətində heç bir problem olmayan ifaçı virusa qalib gəldiyini söyləyib.
Emin keçmiş həyat yoldaşı Alyona Qavrilova ilə ayrılması ilə bağlı suallara cavab verib. O bildirib ki, ayrılıq qərarı virusa yoluxmazdan əvvəl verilib:
"Bu, özəl səbəbdir. Bunu açıqlamayacam. Xoş münasibətlə ayrıldıq. Birlikdə övladımız var, yaxşı valideyn olmaq istəyirik. Əlaqədə olmalıyıq ki, uşaq aramızda müharibə, anlaşılmazlıq olduğunu hiss etməsin. Əminəm ki, Alyona ilə ayrılan böyük və övladı olan insanlar kimi münasibət qura biləcəyik. Bu qərarı kimin verdiyini deməyəcəm. Əsas odur ki, qərar verildi və gerçəkləşdirildi".
Ağalarov Polina Qaqarina ilə eşq yaşadığı dedi-qodularına münasibət bildirib:
"Bir çox sənət adamı mənə zəng edirdi ki, Polina ilə sevgilisiniz? Deyirəm ki, iki insan sevdiyindən eyni həftədə ayrılıbsa, birləşməli deyil. Onunla heç bir münasibətim yoxdur. Yuliya Baranovskaya ilə də məni evləndirdilər. Onlar dostlarımdır. Həyatımda hazırda heç kim yoxdur".
"Mənə dedilər ki, həyatında biri var, amma deməyəcək" sözlərinə "Bunu kim deyib? Əmin olun ki, olsa, özümdən başqa heç kim bilməyəcək" cavabını verib.
İfaçı Alyona ilə evliliyinə peşman olmadığını bildirib:
"Heç vaxt... Birlikdə uzun illər yaşadıq. Xoşbəxt günlər idi. Birlikdə qızımız oldu. Ona qarşı gözəl münasibətim var. Hər zaman istəmişəm ki, münasibət xəyanət, konflikt, inciklik olmasın. Bizdə belə də alındı. İkinci evliliyim, ikinci təcrübəm idi. Peşman deyiləm, hər şey yaxşı idi".
Aparıcının "Axı paylaşımdan sonra Alyona özünü pis hiss etdiyini yazmışdı. Əgər ayrılıq xoş münasibətlə olubsa, niyə pis hiss edir" sualına Emin belə cavab verib:
"Bu sual Alyonaya ünvanlanmalıdır. Paylaşımı mən etdim. Vacib idi və nöqtə qoymalıydım. İstəmədim insanlar düşünsün ki, evlidir, subaylar kimi həyat sürür. Ola bilsin sosial şəbəkə izləyicilərinin suallarına görə elə yazıb. Qadının əri ilə ayrılığnıı müzakirə etmək istəməz".
Müğənni iki dəfə ailəsinin uğursuz alınmasına isə belə reaksiya bildirib:
"Optimist insanam. Düşünürəm ki, yaxşı variant olacaq. Düşünürəm ki, sevgi və anlayış yoxdursa, xoşbəxt olmayacağıq. Həyata bir dəfə gəlirik və yaşamalıyıq. Xoşbəxtlik yoxdursa, böyük insanlarıq, münasibəti bitirməliyik. Uşaq Alyona ilə qalır. Balacadır, anası ilə qalmalıdır. Hər gün gəlir və onla vaxt keçirirəm. Qızım böyüyüb, niyə ayrıldığımızı soruşsa, onu həqiqətləri deyəcəm. Anası da məncə doğrunu söyləyəcək".
"Hər zaman deyirlər ki, Emin şorgözdür. Gizli eşqlər yaşayıb. Xəyanət edir, bir qız belə buraxmır" sözlərinə ifaçı "Şayiədir... Etməmişəm. Məni tanıyırsan. Məni fərqli yerlərdə görmüsən. "Jara" da belə izləmisən. Hamı ilə mehriban davranıram. Hətta zarafatlar edirəm. Evlilik ərəfəsində heç bir gizli münasibət yaşamamışam" reaksiyasını verib.
Ağalarov valideynlərinin Alyona ilə nikahını qəbul etməməsini yalan adlandırıb:
"Əgər onu ailəm qəbul etməsəydi, toy olmazdı. Anam tərəfdən heç bir sual olmayıb. Atamın isə sualları olubsa da, evləndiyim ərəfədə hər şey aydınlaşıb".
Oxşar xəbərlər
Bu il 13 738 nikah, 4 287 boşanma halı qeydə alını...
Son Xeberler
Şuşan Stepanyan boşanır
Son Xeberler
Eminin Ev Yarışmasının Qalibi Bəlli Oldu!
Bugun.az
İlk dəfə küsülülüklərinin səbəbini açıqladı -
Şou Xəbər
"Forbes" Emin Ağalarovun illik qazancını açıqladı
Şou Xəbər
"Çox pisəm, özümdə deyiləm, xəyanət görüntüləri......
Şou Xəbər