13.09.2020 17:22
2
abunə
361
"Çıxıb boşboğazlıq etmək istəmirəm"

Müğənni Emma Ələkbərzadə oğlu Davidlə keçirdiyi karantin günlərindən söz açıb.

Sənətçi "MTV Azərbaycan"a açıqlamasında bütün günü evdə keçirdiklərini söyləyib:

"Əli uşaqlı biriyəm. Əksər vaxt evdə oluram, iş görürəm. Karantin günlərində də küçəyə çıxmadıq. Mən, Sevda (bacısı, Əməkdar artist Sevda Ələkbərzadə - red.) və Davit evdə oturduq. Çox gözəl vaxt keçirdik.

Passiv olsam, heç yerə getməzdim. Əsas odur özümü yaxşı hiss edim. Hər evdə övlad olanda yorulursan. Xoş yorğunluqdur".

Efirlərə gec-gec çıxması haqda suala isə Ələkbərzadə "Kliplərim az deyil. Bu gün tez-tez klip çəkdirmək mənazıdır. Səhnəyə gələn gündən efirə az görsənmişəm. Ayda iki dəfə görsənmək bəsdir. Çıxıb boşboğazlıq etmək mənlik deyil" cavabını verib.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine