Azərbaycanlı müğənni koronavirusa yoluxdu FOTO

01.07.2020 08:48 661 baxış sayı 2 dəq. oxuma
Azərbaycanlı müğənni koronavirusa yoluxdu

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxub.

Bu haqda ifaçı İnstaqram səhifəsində paylaşım edib. O, dostlarına xəbərdarlıq edərək, müayinədən keçmələrini tapşırıb:

"Mənə də koronavirus diaqnozu qoyuldu. İnfeksiya mənə də çatdı. Bu haqda açıq-aşkar deməzdim, hadisələri hamıya danışmağı sevmirəm. Amma son günlər çox insanla ünsiyyətdə olmuşam. Çalışıram hamıya məlumat verim. Dünən isə marketdə olmuşam. Fanatlarım yaxınlaşıb, foto çəkdirdi. Ona görə də buradan hamını xəbərdar etmək istəyirəm".

Sənətçi əlavə edib ki, müalicə almağa başlayıb.

K
Mədəniyyət redaktoru

Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...

Bütün məqalələrə baxın
Paylaş: