23.07.2020 11:47
6
abunə
576
Yevlax sakinindən şikayət: "Əl yumağa su tapmırıq"_Video

Yevlax rayonunda yaşayanlar əkin sahələrini suvara bilmirlər.

Bu barədə sakinlər tərəfindən məlumat verilib.

Söhbət rayonun Əcəmi kəndindən gedir. Kənd sakini Allahverdiyev Elvin deyir ki, kənddə su arxı bərbad vəziyyətdədir:

“Bu il biz bir qram su görmədik. Torpaqlarımız, əkin sahələrimiz məhv olub gedir. Kənd camaatı susuzluqdan torpaq sahələrini əkib-becərməyə də ürək etmir. Camaatın əziyyəti heç olur. Artıq avqust ayı yaxınlaşır, amma əl yumağa da su tapmırıq.

Yonca, taxıl sahələrimizi, bostanlarımızı suvarmağa su yoxdur. Sizə göndərdiyim video su arxıdır. Görün, nə vəziyyətdədir?! Su arxı betonlanmalıdır ki, itki olmasın. Hər dəfə gəlib baxırlar, amma heç bir kömək olunmur. Kənd sakinlərinin müraciətinə baxan yoxdur”.

Oxucumuzun göndərdiyi görüntüləri təqdim edirik:

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine