12.11.2020 18:54
6
abunə
367
Yerevanda Paşinyanın istefası tələbi ilə yenidən aksiya keçirilir

Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefa verməsi tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Aksiyada 1000-dək insan iştirak edir.

“Nikol Paşinyan, sən istefaya getməlisən. Harda görülüb ki, kapitulyant getməsin?!”, - deyə Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından deputatı Naira Zoqrabyan bildirib.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine