21.11.2020 17:21
6
abunə
381
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir - VİDEO

Yerevanın mərkəzində müxalifət tərəfdarları etiraz aksiyaları keçirir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Bu barədə “TASS” xəbər verib.

Tutqun havaya baxmayaraq, Yerevanın mərkəzindəki Azadlıq meydanında müxalifət mitinq təşkil edib. İnsanlar “Nikol, get” şüarını səsləndirirlər.

“Hökumətin yalnız bir gündəliyi ola bilər - hakimiyyəti təhvil vermək. Biz bu hakimiyyət tərəfindən hansı xəyanətkar hərəkətlərin həyata keçirildiyini bilirik. Siz hakimiyyətdə qalmağa çalışarkən yalnız vəziyyəti daha da ağırlaşdırırsınız. Çıxın gedin!”, - deyə parlamentin vitse-spikeri, müxalif “Çiçəklənən Ermənistan” partiyasının üzvü Vaqe Enfiadjyan bildirib.

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine