🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Yenidən sərt karantin qaydalarının tətbiqi arzuolunan deyil - AÇIQLAMA

17.09.2020 08:31 441 baxış sayı 2 dəq. oxuma
Yenidən sərt karantin qaydalarının tətbiqi arzuolunan deyil -

"Növbəti mərhələdə yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil:

"Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur. Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı”.

Deputat qeyd edib ki, pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır:

"Bu kontekstdən işləməsinə hələlik icaizə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”.

Etiketlər

Paylaş: