16.07.2020 15:42
6
abunə
699
Yeni Xarici İşlər naziri Ceyhun Bayramov kimdir? - DOSYE

Ceyhun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ceyhun Bayramovu Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.

16iyul 2020 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ceyhun Bayramovu Təhsil Naziri vəzifəsindən azad edərək Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Evlidir, 2 övladı var.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine