
Son Xeberler
9 abunə
Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var? - VİDEO
23.02.2021 07:13
415 baxış sayı
5 dəq. oxuma

Artıq bir müddətdir ki, Azərbaycanda yeni növ sürücülük vəsiqələrinin verilməsinə başlanıb. Yeni vəsiqələrdə bəzi dəyişkliklər edilib. Belə ki, bu vəsiqələrin təmassız oxunması mümkün olacaq. Yeni vəsiqələrə kateqoriyalarla bağlı da əlavələr edilib.
Yeni vəsiqələr sayəsində vətəndaşlarımızın xarici ölkələrdə üzləşdiyi daha bir problem də arada qalxacaq.
Ölkəmizdə yeni növ sürücülük vəsiqələri əvvəlkindən fərqlənir.
Yeni sürücülük vəsiqəsi dizaynına və rənginə görə də digərlərindən seçilir. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Namidan Piriyev bildirir ki, yeni növ sürücülük vəsiqələri İSO/ İEC 7810 kimlik kartlarının fiziki xüsusiyyətlərinə dair beynəlxalq standartların tələblərinə cavab verir.
Daha bir yenilik isə kateqoriyalarla bağlıdır.
Namidan Piriyev vurğuladı ki, Artıq yeni vəsiqənin sayəsində vətəndaşlarımızın ölkə xaricində yaşadığı əsas problemlərdən biri də aradan qalxacaq.
Namidan Piriyev qeyd etdi ki, yeni növ milli vəsiqələr beynəlxalq konvensiyaya üzv olan ölkələrin ərazisində tanınır. Digər ölkələrə səfər edən vətəndaşlar beynəlxalq sürücülük vəsiqələri də ala bilərlər. Şöbə rəisi vurğuladı ki, beynəlxalq vəsiqlər milli vəsiqələrlə birlikdə təqdim olunarsa, etibarlı sayılacaq. (xəzərxəbər.az)
Oxşar xəbərlər

Sürücülük vəsiqəsi olanlara
Son Xeberler
631
28/06 10:28

Bakıda yaşayan Naxçıvan sakinlərinin
Son Xeberler
460
05/01 10:30

Prezidentin Xudafərinə sürdüyü avtomobilin özəllik...
Son Xeberler
403
18/11 06:21

Türkiyədə şəxsiyyət və sürücülük vəsiqələri birləş...
Son Xeberler
585
26/09 17:29

Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi
Son Xeberler
491
24/10 07:55

Sentyabrın 15-də dərslərin hansı formada keçiriləc...
Son Xeberler
542
24/08 06:36