🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Yas mərasimləri belə keçirilə bilər - RƏSMİ AÇIQLAMA

08.07.2020 08:34 472 baxış sayı 3 dəq. oxuma
Yas mərasimləri belə keçirilə bilər -

İslam dininə əsasən insan vəfat etdikdən sonra onun lazımi qaydada dəfni həyata keçirilməlidir. Bunu etdikdən sonra başqa heç nəyə ehtiyac qalmır.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, vəfat edən insan dəfn edilir, mərasim də məzarlıqda həyata keçirilir:

“Dində insanın dəfnində çox və ya az adamın iştirakı məsələsi yoxdur. Dində insan vəfat edərkən vacib olan işlərin yerinə yetirilməsi şərtdir. Hər bir dinin bununla bağlı qaydaları var. Bu qaydalar demir ki, sən kütləvi şəkildə toplaşmalısan. İndi koronavirus pandemiyası dövrüdür. Bu virusun aradan qalxması üçün insanların təmasının azaldılması, ara məsafə saxlaması zəruridir.

İndi nə etməliyik, yığışmalıyıq ki, daha çox insan yoluxsun? Ona görə də yas mərasimləri dəfn mərasimi səviyyəsində həyata keçirilib yekunlaşmalıdır. Yəni əvvəlki kimi dəfindən sonra vəfat edən insanın həyətinə, evinə yığışmaq, orada ehsan vermək lazım deyil. Çünki bu, virusun yayılması üçün münbit şərait yaradır”.

M.Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin də bununla bağlı fətvası var:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın da bu barədə aydın təlimatı var. Bütün din xadimlərinə tapşırıq verilib. Bu gün məscidlər, ziyarətgahlar, senaqoqlar, kilsələr bağlıdır. Tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. İnsanlarımız bu qaydalara əməl etməlidir, biz koronavirusa qarşı birgə mübarizə aparmalıyıq”.

Etiketlər

Paylaş: