
Yaralı qazilərin bank kartlarını ələ keçirən şəxs tutuldu - DTX-dən əməliyyat

Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.
DTX-nin saytı xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkələrdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.
Hazırda araşdırmalar davam edir.
Etiketlər
Oxşar xəbərlər

Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az

Bakıda dilənçilik edən "qazi" tutuldu -
Son Xeberler

Gürcüstan bankında girov götürülənlərin -
Son Xeberler

Qadını öldürərək zibil qutusuna atan şəxs tutuldu...
Son Xeberler

Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu
Son Xeberler

“Yaralı əsgərlərin sayı-hesabı bilinmir” -
Son Xeberler