23.09.2020 18:11
6 abunə
365
Xırdalanda yeni çəkilən yol niyə qazılıb? - AÇIQLAMA + VİDEO
Xırdalanda yollarında yenidən qazıntı işləri aparılır.
Vətəndaş bildirir ki, Xırdalan şəhərinin yeni istifadəyə verilən Heydər Əliyev prospektində qazıntı işləri aparılır:
“Uzun zamandır yolların asfaltlanmasını gözləyirdik. Nəhayət yollar düzəldilib, təhvil verildi. Heç bir ay keçmədi ki, “Azərsu” ASC-i tərəfindən yolda qazıntı işləri aparılmağa başlayıb”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Abşeron rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən bizə bildirildi ki, sözügedən ünvanda magistral xətdə qəza baş verib:
“Baş verən qəzanın aradan qaldırılması üçün asfalt örtüyü qazılıb və əməkdaşlar tərəfindən ərazidə tədbirlər görülüb”.