🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

XİN rəhbəri Paşinyanın planından xəbərsiz olduğunu etiraf etdi

14.11.2020 10:44 454 baxış sayı 2 dəq. oxuma
XİN rəhbəri Paşinyanın planından xəbərsiz olduğunu etiraf etdi

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın baş nazir Nikol Paşinyanın imzaladığı bəyanatdan xəbərsiz olduğu məlum olub. 

Bu barədə ölkənin “Qraparak” qəzeti yazıb.

“Bu gün bir çox məmur yer altına girib, amma ən qəribəsi XİN rəhbəri Zöhrab Mnatsakanyanın susmasıdır. Çünki bu, hər şeydən əvvəl diplomatiyanın, sonra ordunun məğlubiyyətidir”, - deyə nəşr qeyd edib.

Qəzet daha sonra yazır ki, nazir bu yaxınlarda XİN-in rəhbər şəxslərini toplayaraq Paşinyanın belə bir razılaşma imzalayacağından xəbərsiz olduğunu etiraf edib.

“Razılaşmanın onun üçün gözlənilməz olduğunu söylədi. İclasda iştirak edənlər çox qəzəbləndilər, nazirə inanmadılar və onun qarşısında ciddi ittihamlar səsləndirdilər. Nazir müavinlərindən biri masadan qalxıb getdi. Xarici İşlər Nazirliyinin bu və ya digər şəkildə danışıqlar prosesində iştirak edən işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edir və Zöhrab Mnatsakanyanın da istefa etməsi lazım olduğunu düşünürlər”, -deyə mətbu orqan qeyd edib.

 

 
Paylaş: