XİN Ermənistanın atəşkəsi pozması barədə məlumat yaydı
26 oktyabr tarxində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin bəyanatında bildirilir.
"Növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur; 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan Baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir.
Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
“İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi”
Son Xeberler
Ceyhun Bayramov estoniyalı həmkarı ilə telefonda d...
Son Xeberler
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə gö...
Son Xeberler
“Ermənistanın baş naziri yenidən yalan danışır” -
Son Xeberler
XİN Bərdənin atəşə tutulması ilə bağlı məlumat yay...
Son Xeberler
Tərtərə hücumu şiddətlə qınayırıq -
Son Xeberler