10.08.2020 16:17
6
abunə
465
Xəzərdə batan şəxsin meyiti tapıldı - Yenilənib+Video

Dənizdə batan şəxsin meyiti tapılıb.

2004-cü il təvəllüdlü Rasim Ağamirzəyevin meyiti batdığı yerdən 200 metr kənarda Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupunun əməkdaşları tərəfindən tapılıb. 

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

15:29

Dənizdə bir nəfər batıb.

Hadisə Abşeron rayonunda, Novxanı çimərliyində baş verib.

Dənizdə çimən zaman üç dostdan biri batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən  bildirilib ki, o, xidmətin xilasetmə məntəqəsindən bir kilometr aralıda nəzarətsiz ərazidə batıb.

Hazırda xidmətin dalğıc qrupu əraziyə cəlb edilib.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine