🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

XƏBƏRDARLIQ: Əhaliyə BƏD xəbər- Dörd ay davam edəcək

26.08.2020 15:01 4,638 baxış sayı 2 dəq. oxuma
XƏBƏRDARLIQ: Əhaliyə BƏD xəbər-

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Yasemin Çağlar qış aylarında koronavirusa yoluxma riskinin daha yüksək olduğunu qeyd edib. O, səbəb kimi insanların soyuq aylarda qapalı məkanlarda daha çox vaxt keçirdiyini göstərib.

Çağlar qrip və COVID-19 əlamətlərinin oxşar olduğunu qeyd edib. 

“Bu vəziyyətdə xəstəxanaların yükü artacaq. Temperatur, öskürək və boğaz ağrısı simptomları olan insanlar COVID-19 şübhəsi ilə xəstəxanalara müraciət edəcək. Bu da klinikalarda yükün artmasına səbəb olacaq. Əslində həkimlərin ən böyük qorxusudur. Odur ki, həqiqətən yüksək temperaturu və tənəffüs yolları problemi olan ciddi xəstələrin müraciət etməsi iş yükümüzü yüngülləşdirməyə kömək edəcək.

Ümumi qaydalara diqqət yetirməklə yoluxma riskini azalda bilərsiniz. Buraya gigiyena qaydaları, sosial məsafə və maska daxildir”, - mütəxəssis vurğulayıb.

Epidemiyanın yayılması baxımından yas, toy və əyləncə tədbirlərinin böyük risk yaratdığını qeyd edən həkim ticarət mərkəzlərində də az vaxt keçirməyi məsləhət görüb.

Paylaş: