Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

11.01.2021 09:18 561 baxış sayı 1 dəq. oxuma
Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

Bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: