Xaçmazda ata və oğul qəzaya düşdü, ölən var

19.06.2020 10:18 597 baxış sayı 1 dəq. oxuma
Xaçmazda ata və oğul qəzaya düşdü, ölən var

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi “Mercedes” və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdirilib. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: