
ÜST xəbərdarlıq edir: Dünyada hər səkkiz nəfərdən biri piylənmədən əziyyət çəkir

Dünyada piylənmə problemi sürətlə yayılmağa davam edir və artıq qlobal sağlamlıq böhranına çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, yer kürəsində hər səkkiz nəfərdən biri bu problemlə yaşayır. 1990-cı ildən bəri yetkinlər arasında piylənmə göstəricisi iki dəfədən çox artıb. Yeniyetmələr və uşaqlar arasında isə vəziyyət daha narahatçılıq doğurur, belə ki, bu yaş qrupunda piylənmə dörd dəfə yüksəlib. Piylənmə bədəndə həddindən artıq yağ toplanması ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu problem adətən qəbul edilən kalori ilə xərclənən enerji arasındakı bərabərliyin pozulması nəticəsində ortaya çıxır.
Hazırda 18 yaşdan yuxarı təxminən 2,5 milyard insan artıq çəkilidir və onlardan 890 milyondan çoxu piylənmədən əziyyət çəkir. Statistikaya görə, yetkin əhalinin 43 faizi artıq çəki, 16 faizi isə ciddi piylənmə problemi ilə üz-üzədir. Piylənmə bir çox ağır xəstəliyin riskini artırır, bunlara ikinci tip diabet, ürək damar çatışmazlıqları və bəzi xərçəng növləri daxildir. Həmçinin bu vəziyyət sümük sağlamlığına zərər verir, yuxu pozğunluğuna səbəb olur və insanın hərəkət imkanlarını məhdudlaşdıraraq həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.
Əvvəllər piylənmə yalnız yüksək gəlirli dövlətlərin problemi hesab edilsə də, indi mənzərə tamamilə dəyişib. Artıq çəki halları aşağı və orta gəlirli ölkələrdə də sürətlə çoxalır. Məsələn, Afrikada 5 yaşınadək uşaqlar arasında bu göstərici 2000-ci ildən bəri 12 faizdən çox artıb. Asiya qitəsində isə bu yaş qrupundakı uşaqların demək olar ki, yarısı artıq çəkilidir. Sağlam qidalanma vərdişləri və aktiv həyat bu xəstəliyin qarşısını almaq üçün ən təsirli yollardan biridir. Çox vaxt ətraf mühit faktorları, psixoloji vəziyyət və genetik xüsusiyyətlər də piylənmənin yaranmasında böyük rol oynayır.
Ümumdünya Səhiyyə Təşkilatı bu böhranla mübarizə üçün ölkələri birgə addımlar atmağa çağırır. Piylənmənin qarşısını almaq üçün hamiləlik dövründən başlayaraq düzgün qidalanmaya diqqət yetirilməlidir. Körpələrin ilk altı ayda yalnız ana südü ilə bəslənməsi, ekran qarşısında keçirilən vaxtın azaldılması və şəkərli içkilərdən uzaq durmaq vacib tövsiyələr sırasındadır. Qlobal səhiyyə hədəflərinə əsasən, 2030-cu ilə qədər uşaq və böyüklər arasında piylənmənin artımını dayandırmaq nəzərdə tutulur. Bu problemin həlli üçün bütün dünyada təxirəsalınmaz və qətiyyətli tədbirlərin görülməsinə ehtiyac var.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tik-Tokda çox vaxt keçirənlər şəkər xəstəsi ola bi...
Tibbi məlumatlar

Türkiyədə Genetik Təhlükə: Ailəvi Hiperkolesterole...
Son Xeberler

Vərəmə yoluxma halları rekord həddə çatdı
Tibbi məlumatlar

Nadir Hunter Sindromundan Əziyyət Çəkən 3 Yaşlı Uş...
Son Xeberler

Ozempic və Wegovy həblərindəki gizli maddə bağırsa...
Elm Xəbərləri

Təqaüdlü proqramlaşdırma tədrisi - seçilən 100 nəf...
Edumap.az Təhsil Portalı



