🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ÜST rəhbərindən koronavirusla bağlı dünyanı alt-üst edən- AÇIQLAMA

24.06.2020 05:48 980 baxış sayı 3 dəq. oxuma
ÜST rəhbərindən koronavirusla bağlı dünyanı alt-üst edən-

Bəzi xəstələr yoluxandan sonra həftələr boyu, hətta aylar boyu bu xəstəliyini simptomlarını hiss edirlər.

Pandemiya güclənir: yeni yoluxma hallarının sayı rekord həddə - gündə 183 minə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesusun sözlərinə görə, yeni yoluxmaların əsas hissəsi Şimali və Cənubi Amerikada qeydə alınır.

Bunu ÜST rəhbəri deyib: "Biz dünyanın bütün ölkələrini əhalinin sağlamlığının qorunması sahəsində tədbirləri gücləndirməyə çağırırıq". Onun sözlərinə görə, infeksiyanı ağır keçirən xəstələr arasında ölüm hallarının azaldılmasına kömək edən deksametazon preparatı barədə xəbər ümidvericidir.

Doktor Tedros deyib: "İndi əsas məsələ bu preparatın istehsalını artırmaq və onu bu dərmana daha çox ehtiyac olan yerlərə çatdırmaqdır". ÜST rəhbəri daha sonra əlavə edib ki, xoşbəxtlikdən, bu preparat ucuzdur, deksametazon dünyanın bütün əczaçılıq müəssisələrində buraxılır və müəssisələrin çoxu bu preparatın istehsalını artırmağa hazır olduqlarını bildiriblər.

Doktor Tedrosun sözlərinə görə, ÜST pandemiyaya qarşı mübarizə üçün zəruri əşyaların alınmasında ölkələrə kömək edir. Bu məqsədlə yaradılmış "təchizat portalı" adlanan onlayn platforma qoruyucu vasitələrin, oksigenin və ya hər hansı zəruri avadanlığın çatışmaması barədə xəbər verməyə imkan yaradır. Artıq 48 ölkə bu resursdan istifadə edib və ümumi dəyəri 92 milyon dollar olan malları alıblar.

ÜST ekspertləri Maykl Rayan və Mariya Van Kerkxove bildiriblər ki, bəzi xəstələr yoluxandan sonra həftələr boyu, hətta aylar boyu bu xəstəliyini simptomlarını hiss edirlər. Bəzi xəstələrin öskürəyi və təngnəfəsliyi keçmir. Mariya Van Kerkxove deyib: "Biz belə halların səbəblərini hələ öyrənirik, ona görə bu mövzuda danışmaq istəməzdim".

Paylaş: