🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ÜST-dən koronavirus peyvəndi olanlara XƏBƏRDARLIQ

30.12.2020 15:43 340 baxış sayı 2 dəq. oxuma
ÜST-dən koronavirus peyvəndi olanlara
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Soumya Svaminatsan insanları COVID-19 peyvəndindən sonra virusa qarşı ehtiyatlı olmağa çağırıb.
 
Bu barədə NTV məlumat yayıb.
 
Həkimin sözlərinə görə, ABŞ-da və Avropada insanların koronavirus peyvəndi edildikdən sonra yenidən yoluxub-yoluxmamaları barədə kifayət qədər məlumat olmadığından onların yoluxucu olub-olmamalarını da demək çətindir:
 
"Peyvəndlərlə əlaqədar kifayət qədər məlumat olmadığı üçün immunitet yaranana qədər peyvənd edilənlər də, digərləri kimi, səyahət edərkən karantin tədbirlərinə riayət etməlidirlər”.
 
ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayan COVID-19 epidemiyasının şiddətli olduğunu və qlobal miqyasda sürətlə yayıldığını qeyd edərək, dünyanın elm və peyvənd sahəsində inkişaf etmiş mərhələdə olduğunu vurğulayıb:
 
"Şübhəsiz, bu, ən böyük epidemiya deyil. Bu virus çox yoluxucudur, insanları öldürür və bir çox insanı yaxınlarından məhrum edir. Gələcəkdə daha da şiddətli ola biləcək epidemiyaya hazırlaşmalıyıq”.
Paylaş: