Bu dəfə sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə çevrilən növbəti belə nümunə “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabdır. Kitab azyaşlılar üçün nəzərdə tutulsa da, mövzu və ideyası, yer alan sözlər onu uşaq ədəbiyyatımızın uğurlu nümunəsi kimi təqdim etməyə icazə vermir.
Qeyd olunan kitabın müəllifi Aygün Baldır. Yazıçı-şairənin bir çox digər nağıl və şeir kitabları da mövcuddur. Həmçinin, o, Yazıçılar Birliyinin üzvü kimi də fəaliyyət göstərib.
Haqqında danışılan kitabdan fotoları sizə təqdim edirik: