🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

26.08.2020 17:55 462 baxış sayı 4 dəq. oxuma
Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? –

Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə dərslər həftədə bir neçə gün keçirilə bilər. Qalan günlərdə isə tədris onlayn rejimdə həyata keçirilməlidir.

Bunu  təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, ibtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğundan tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür.

E.Süleymanov əlavə edib ki, əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması da mümkün ola bilər:

“Pandemiya ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə məktəblərin və bağçaların fəaliyyətinin bərpa olunduğunu deyən ekspert əlavə edib ki, bir çox ölkələrdə şagird və tələbələrin təhsil alması ilə bağlı normativlər müəyyən edilib. Bu normativlərə əsasən, otaqda oturan şagird və təhsilalanların sayı tənzimlənir. Rusiyada isə qapalı məkanlarda müəllim və şagirdlərin, tələbələrin tibbi maskadan istifadə etməsi məcburi olacaq”.

E.Süleymanov hesab edir ki, Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxma hallarının səviyyəsinin aşağı olması təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır. Fəaliyyəti bərpa olunan müəssisələrdə sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət istər uşaqların sağlamlığının təmin olunması, istərsə də virusin yayılmasına yol verməmək baxımından mühüm şərtdir.

Uşaq bağçalarına gəldikdə isə E.Süleymanov qeyd edib ki, uşaqlar eyni yerdə qidalanıb, eyni otaqda yatdıqları üçün onların virusa yoluxma riski yüksəkdir. Onun fikrincə, bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla icazə verilməlidir. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra və ya daha gec icazə verilə bilər:

“Məktəbəhazırlıq qruplarında tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər. Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür”.

E.Süleymanov hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur.

Paylaş: